Ronaldinyo saxta pasportla saxlanıldı

Ronaldinyo saxta pasportla saxlanıldı

Ronaldinyo saxta sənəddən istifadə edərək ölkəyə daxil olması səbəbindən Paraqvayda saxlanılıb.
 
Sport7.az xəbər verir ki, Ronaldinyo ötən gecə "Paraguayo" yaxta və qolf klubunda qardaşı Roberto ilə birlikdə saxlanılıb. Bu barədə Paraqvay Daxili İşlər nazirliyi məlumat yayıb.
 
Paraqvay polisinin bəyanatında 39 yaşlı futbolçu və qardaşının kazino sahibi Nelson Belotti tərəfindən ölkəyə dəvət edildiyi qeyd olunub. Oteldə Ronaldinyonun adını daşıyan saxta Paraqvay pasportu aşkarlanıb.
 
Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə aldığı ekoloji cəriməyə görə Braziliya pasportundan məhrum edilib. Dünya futbolunun əfsanəsi və qardaşı 2015-ci ildə lisenziyasız şəkildə daimi mühafizə bölgəsi olan Quayba gölü ətrafında balıq ovu ilə məşğul olduqlarına görə cərimələnmişdilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR