Ronaldinyo yaşıl meydanlara qayıdır?

Ronaldinyo yaşıl meydanlara qayıdır?

Braziliyalı əfsanə Ronaldinyo karyerasını bərpa edə bilər.

Sport7.az xəbər verir ki, 40 yaşlı sabiq yarımmüdafiəçinin Argentinada çıxış etmək ehtimalı yaranıb.

Dieqo Maradonanın çalışdırdığı "Ximnasiya" klubu Ronaldinyonun xidmətində maraqlıdır. Bir müddət əvvəl Paraqvayda ev dustağı olan "Sambaçı" ilə danışıqlara başlanılıb.

2016-cı ildə "Ximnasiya"nın təklifini qəbul etməyən Ronaldinyo 2018-ci ildə "Fluminense"nin heyətində karyerasına son qoyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR