Ronaldo

Ronaldo "Barselona"ya təklif olunub

"Yuventus"un superulduzu Kriestiano Ronaldonun agenti Jorje Mendeş onu İspaniya "Barselona"sı daxil olmaqla bir neçə kluba təklif edib. 

Sport7.az xəbər verir ki, bu barədə "BBC Radio" məlumat yayıb. Agentin 35 yaşlı hücumçu üçün müxtəlif klublarla əlaqə qurduğu və onların arasında "Barselona"nın da yer aldığı bildirilib. Mendesin təklifini alan komandalar arasında Fransa PSJ-si və bir neçə Şimali Amerika təmsilçisi də olub. 

Ronaldo "Yuventus"a 2018-ci ilin yayında İspaniyanın "Real"dan transfer olunub. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı forvard İtaliya çempionatında cari mövsümün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR