Ronaldo bu villasını satır - FOTOLAR

Ronaldo bu villasını satır - FOTOLAR
"Yuventus"un portuqaliyalı ulduzu Kristiano Ronaldo İngiltərənin Mançester şəhərindəki villasını satışa çıxarıb.

Sport7.az xəbər verir ki, beş yataq otaqlı, geniş üzmə hovuzlu, sauna və buxar hamamı ilə yanaşı, idman salonu, kinoteatr və oyun otağı olan villa 3,25 milyon funt sterlinqə alıcısını gözləyir. Evin satış rəqəmi yüksək görünsə də, stılandan sonra 33 yaşlı futbolçu zərər edəcək. Çünki Ronaldo, 10 ildən çoxdu ki, evi 3,85 milyon funt-sterlinqə alıb. Ev ilk dəfə 2009-cu ildə Ronaldo "Mançester Yunayted"dən "Real"a transfer olarkən satışa çıxarmışdı. 

Yenidən satışa çıxarılmasına qədər evi "Mançester Yunayted"in futbolçusu Luke Şav kirayəyə götürüb. Yaşayış məntəqəsi "Mançester Yunayted"in əksər futbolçularının olduğu Alderley Edge bölgəsindədi.

"Yuventus"a 100 milyon avro qarşılığında transfer olan portuqaliyalı ulduz İtaliyanın Torino şəhərinə köçüb.
 







 

Sport7.az

Xəbər lenti