Ronaldo əlçatmazdı

Ronaldo əlçatmazdı
İtaliya A Seriyasının XXIII turunda "Yuventus" "Sassuolo"nu 3:0 hesabı ilə məğlub edib. 

Sport7.az xəbər verir ki, Turin təmsilçisinin portuqaliyalı hücumçusu Kriştianu Ronaldo bu matçda rəqib qapısı silkələməyə müvəffəq olub.

Bu qol Ronaldonun bu mövsüm iştirak etdiyi turnirlərdə vurduğu 20-ci qol olub. Beləliklə, portuqaliyalı ulduz ardıcıl 13 mövsümdür ki, qol sayını 20-ə çatdırır. 

Əvvəllər isə, "Mançester Yunayted"də 3, "Real"da isə 9 mövsüm qollarının sayını 20-ə çatdıra bilmirdi. 

Qeyd edək ki, 34 yaşlı futbolçu "Yuventus"a ötən yay 117 milyon avro qarşılığında transfer olunub və 2022-ci ilə qədər müqavilə imzalanıb. 

Xatırladaq ki, Ronaldo cari mövsümdə İtaliya çempionatında 23 matçda meydana çıxıb və 18 qola imza atıb. 
 
Röya Kərimli
 
Sport7.az



Xəbər lenti