Ronaldo hər yerdə zirvədədi

Ronaldo hər yerdə zirvədədi
Dünya futbolunun ən məşhur ulduzlarından olan Kristiano Ronaldo, sosial mediada da fərq yaratmağa davam edir.
 
Sport7.az xəbər verir ki, portuqaliyalı ulduz, həm bütün siyahılarda, həm də digər futbolçular arasında adını zirvəyə yazdırıb.
 
Ronaldo ABŞ hazırkı prezidenti Donald Tramp, sabiq rəhbəri Barak Obama kimi ünlülərlə yanaşı, Neymar, Messi, Xames Rodrigez və Qaret Beyl kimi isimləri də geridə qoyub. 
 
Populyar sosial media vasitələrinin yer aldığı araşdırmada Ronaldo, "Feysbukda" 123, "İnstaqram"da 145 və "Tvitter"də 75 milyon izləyicisi ilə önə çıxıb. Bu siyahıya baxanda Ronaldo yalnız Castin Biber və Teylor Sviftdən geri qalıb. Ümumilikdə isə 340 milyon təqibçisi olan superulduz 284 milyon izləyicisi olan Castin Biber, 268 milyon təqibçiyə malik Teylor Svift, 176 milyon nəfərin izlədiyi Obama və 90 milyonluq Trampın önündə yer alıb. 
 
Futbol dünyasında da Ronaldo bir çox məşhur isimləri geridə qoyub. yayda "Yuventus"a transfer olan 33 yaşlı futbolçu, üç böyük sosisal mediada ümumilikdə 2005 milyon izləyicisi olan Neymar, 189 milyon təqibçiyə malik Messi, 91 milyon insanın maraqla izlədiyi  Xames Rodrigez və 83 milyon təqibçi ünvanına malik Qaret Beyli də keçib. 
 
Ronaldonun sosial mediada keçdiyi önəmli isimlərdən biri də Papa Françesko olub. "Feysbuk"da olmayan Papanın İnstaqram"da 6 və "Tvitter"də 5 milyon izləyicisi var. Bu da o anlama gəlir ki, Ronaldo Papadan təxminən 30 dəfə çox izləyiciyə malikdi. 
 
Sport7.az

Xəbər lenti