Ronaldo:

Ronaldo: "Messini izləməkdən zövq alıram"

"Real"ın portuqaliyalı superulduzu Kristiano Ronaldo Messi haqda danışıb.
 
Sport7.az xəbər verir ki, Ronaldo "Fox Argentina"ya verdiyi müsahibədə həmkarı haqda bunları söyləyib:
 
"Dost deyilik, amma eyni rolu oynayırıq. Futbolda da, mükafatlandırma mərasimlərində də eyni səhnəni paylaşırıq. Birlikdə yeməyə getmirik bəlkə, amma bir-birimizə hörmət bəsləyirik. Yaxşı münasibətlərimiz var. 
 
Media aranı qızışdırmaq istəyir. Bu bir ticarətdi. Üstəlik təkcə futbolda deyil, "Formula 1"də, tennisdə və başqa sahələrdə də rəqabət qızışdırılır. 
 
Bütün yaxşı futbolçuları izləməkdən zövq alıram. Messi də bunlardan biridi. Əlbəttə, onu izləmək gözəldi. Messini sevmədiyimi söyləyənlər var. Heç pislik etməmiş birini niyə sevməyim? Messidən "Kristiano barədə nə düşünürsən?" soruşsaz mənim haqqımda yaxşı danışacaq"
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR