Ronaldo pişiyini tətilə göndərdi

Ronaldo pişiyini tətilə göndərdi

Portuqaliya millisinin və İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo pişiyini tətilə göndərib.

Sport7.az xəbər verir ki, bunu ulduz hücumçunun həyat yoldaşı Corcina Rodriges açıqlayıb. O bildirib ki, sfinks cinsindən olan Pepe ləqəbli pişik Turindəki evdən qaçarkən avtomobilin təkəri altına düşüb. Cütlüyün pişiyi ayyarım veterinarın yanında intensiv terapiya şöbəsində müalicə alıb.

Pepe sağaldıqdan sonra Ronaldo və xanımı pişiyi istirahət və bərpa üçün İspaniyaya göndərib. Corcina bildirib ki, pişiyə tətil zamanı da qulluq edənlər olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR