"Yuventus"un superulduzu Kristiano Ronaldo "Real"ın prezidenti Florentino Pereslə görüşüb.
Sport7.az xəbər verir ki, görüş Turində, "Yuventus"un bazasında olub. Ancaq tərəflərin əsasən hansı məsələni müzakirə etdikləri hələ məlum deyil. Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real"dan keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. Futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Ronaldo cari mövsümdə "Yuventus"un heyətində meydana çıxdığı 18 oyunda 17 qola imza atıb.
Sport7.az