Ronaldo:

Ronaldo: "Sona kimi mübarizəyə davam edirik"

"Yuventus"un superulduzu Kristiano Ronaldo İtaliya çempionatının 32-ci turu çərçivəsində baş tutmuş "Atalanta" ilə matçın (2:2) nəticəsini şərh edib.

Sport7.az xəbər verir ki, matçda iki penaltini dəqiq yerinə yetirmiş portuqaliyalı oyun hqada fikirlərini şəxsi instaqram səhifəsində yazıb. O açıqlamasında, "Mürəkkəb oyun, amma çox vacib an. Sona kimi mübarizə aparmaqda davam edirik" ifadələrini işlədib.

"Yuventus" 32 turdan sonra 76 xalla A Seriyasının turnir cədvəlində liderdi. "Atalanta" isə 67 xalla üçüncüdü. "Yuventus" İtaliya çempionatının növbəti turunda "Sassuolo" ilə oynayacaq. Oyun iyulun 15-də keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR