Ronaldo, Totti, Fiqu Səudiyyə Ərəbistanında - FOTO

Ronaldo, Totti, Fiqu Səudiyyə Ərəbistanında - FOTO
Ötən illərin futbol ulduzları Ər-Riyad əmirinin dəvəti ilə Səudiyyə Ərəbistanına səfər ediblər. 

Sport7.az xəbər verir ki, ölkənin milli komandasının DÇ-2018-ə vəsiqə qazanmasını qeyd edən əmir yığmanın şərəfinə yemək təşkil edib. 

Mərasimə Françesko Totti, Ronaldo, Luiş Fiqu, Karles Puyol və Roberto Karlos dəvət edilib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı turnirin meydan sahibi Rusiya ilə eyni qrupda yer alıb. 
 

 
Sport7.az

Xəbər lenti