Ronaldo və Messi son 10 ildə ilk dəfə ən yaxşılar sırasında olmayacaq

Ronaldo və Messi son 10 ildə ilk dəfə ən yaxşılar sırasında olmayacaq

Lionel Messi və Cristiano Ronaldo, son 10 ildə ilk dəfə UEFA-nın açıqladığı "İlin Oyunçusu" mükafatının final siyahısında yer almayacaq.
 
Sport7.az xəbər verir ki, onların əvəzinə Kevin De Bruyne və Robert Lewandowski fərdi mükafat uğrunda mübarizə aparacaqlar.

Hal-hazırda kareyrasını "Yuventus"da davam etdirən Ronaldo bu mükafata üç dəfə layiq görülüb. Onun adında ümumilikdə doqquz nominasiya var. "Barselona"nın super ulduzu Messi isə mükafatı iki dəfə qazanıb. Son 10 mövsümdə isə 6 dəfə namizədlər siyahısında yer alıb. 

Hər iki ulduz 10 il ərzində müasir futbolun ən yaxşı oyunçuları kimi fərqləniblər. Lakin deyəsən yaş artıq öz sözünü deməyə başlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR