Ronaldo yeni rekord müəyyənləşdirdi

Ronaldo yeni rekord müəyyənləşdirdi

"Yuventus"un portuqaliyalı ulduzu Kristiano Ronaldo yeni rekorda imza atıb. 
 
Sport7.az xəbər verir ki, futbolçu bunu Turinin "Alyans – Yuventus" stadionunda keçirilən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Yuventus" "Ferensvaroş” matçında reallaşdırıb. "Yuventus"un 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada qollardan birini 35-ci dəqiqədə Kristiano Ronaldo vurub. Bununla da o, Çempionlar Liqasında ev oyununda özünün 70-ci qolunu vurub. Ronaldu bu göstərici üzrə "Barselona"nın hücumçusu Lionel Messinin rekordu ilə bərabər olub.

"Yuventus" 4 turdan sonra 9 xal yığaraq G qrupunun yarış cədvəlində ikinci yer tutur. Komanda yarış cədvəlinin lideri "Barselona"dan 3 xal geri qalır. "Yuventus" Çempionlarının Liqasının qrup mərhələsinin növbəti turunda Kiyev "Dinamo"su ilə qarşılaşacaq. Oyun dekabrın 2-də baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR