Ronaldodan örnək addım: Əlil arabasındakı qız fanatı ilə görüşdü - FOTO

Ronaldodan örnək addım: Əlil arabasındakı qız fanatı ilə görüşdü - FOTO
Portuqaliya millisinin və "Real"ın ulduz futbolçusu Kristiano Ronaldo Rusiyada Konfederasiyalar kuboku çərçivəsində keçirilən Portuqaliya-Rusiya oyununda təqdirəlayiq hərəkət edib.
 
Sport7.az xəbər verir ki, ulduz futbolçu oyuna əlil arabasında olan 10 yaşlı qızla çıxıb. Ronaldo qızcığaza öz futbol formasını hədiyyə edib və öpüb.

Futbolçuların qarşılaşmaya uşaqlarla çıxmağı artıq bir ənənədir. FİFA turnirində isə meydançaya fiziki məhdudiyyətli uşağın çıxmağı ilk hadisədir.
 
 
Sport7.az

Xəbər lenti