Ronaldonun bu qolu ən yaxşı seçildi - VİDEO

Ronaldonun bu qolu ən yaxşı seçildi - VİDEO
Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
 
Sport7.az saytı xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb. Qurumun müəyyənləşdirdiyi 4 iddiaçı arasında ən yaxşı qolu azarkeşlər seçib.

Kriştianu Ronaldonun ("Yuventus”) "Mançester Yunayted”in qapısından keçirdiyi qol səsvermədə qalib olub.
 
Bu qol "Liverpul”la görüşdə dubl müəllifi olan Milan Pavkovun ("Srvena Zvezda”) qollarından biri, həmçinin Rəhim Sterlinqin ("Mançester Siti”) "Şaxtyor”un, Otavionun ("Porto”) "Lokomotiv”in qapısından keçirdiyi topu arxada qoyub.
 

Sport7.az

Xəbər lenti