Ronaldonun yerinə Messi gəlməli imiş - Transfer iddiası

Ronaldonun yerinə Messi gəlməli imiş - Transfer iddiası
Dünyanın iki superulduzu Kristiano Ronaldo və Lionel Messi ilə bağlı futbolsevərləri təəccübləndirən bir transfer iddiası ortaya çıxıb. 
 
Sport7.az xəbər verir ki, 2012-ci ildə "Real"ın prezidenti Florentino Perez Ronaldonu PSJ-yə satmağa razılıq veribmiş. Perezin şərtli razılığı isə transfer bazarını alt-üst edəcəkdi. 
 
"Frans Futbol"un xəbərinə görə, Perez Ronaldonu 200 milyon avro qarşılığında satmağa razılıq veribmiş. Bu satışdan əldə edilən gəliri Messinin transferində istifadə etmək istədiyini söyləyib.
 
Həmin dönəmdə Messinin "Barselona" ilə olan müqaviləsində 200 milyonluq sərbəst qalma maddəsi də yer almışdı. Ancaq Ronaldonun transferi gerçəkləşməyincə Messinin də "Real"a transferi suya düşmüş oldu.

Xəbər lenti