Sport7.az xəbər verir ki, "Associated Press" portuqaliyalı hücumçunun maraqlı müqayisəsini belə çatdırıb:
"Azarkeşlər olmayanda meydana çıxmağı sevmirəm. Bu, sirkə getmək, amma klounları görməmək kimi bir şeydir".
Ronaldu "Globe Soccer"in versiyasına görə
XXI əsrin ən yaxşı oyunçusu seçilib. Bu mövsüm "Yuventus"un heyətində
bütün turnirlər daxil olmaqla, 14 oyuna çıxan Kriştianu 16 qol və 2 məhsuldar
ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Portuqaliya millisi dünya
çempionatının seçmə mərhələsində rəqibimizdi. Azərbaycan – Portuqaliya qarşılaşması
2021-ci ilin sentyabrın 7-də keçiriləcək. Azərbaycanlı azarkeşlər Ronaldunun Bakıya
gəlişini səbrsizliklə gözləyirlər.