Ronaldu erməni sərhədçiyə belə əsəbləşdi - VİDEO

Ronaldu erməni sərhədçiyə belə əsəbləşdi - VİDEO

Ermənilərin saymamazlığı "ulduz" futbolçunu özündən çıxarıb.

Sport7.az xəbər verir ki, Ermənistan yığmasıyla qarşılaşmaq üçün İrəvana gələn Portuqaliya millisi təxribatla üzləşib.

Hava limanında sərhəd-keçid məntəqəsinin əməkdaşı Kriştianu Ronaldunun pasportunu yoxlamaq üçün alıb və uzun müddət onu köşkün qarşısında saxlayıb. Sözsüz ki, məqsəd futbolçunun əsəblərinə toxunmaq, onu özündən çıxarmaq olub. Sərhədçinin əməllərindən qəzəblənən "ulduz" futbolçu köşkün şüşə divarını yumruğuyla döyəcləyib və əsəbi halda pasportunu tələb edib. Həmin anların videogörüntülərini sizə təqdim edirik.

Xatırladaq ki, Kriştianu Ronaldu ermənilərin cavabını meydanda vurduğu 3 qolla verib.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR