Ronaldu geri dönüş barədə:

Ronaldu geri dönüş barədə: "Mən bunun üçün "Yuventus"dayam"

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu "Atletiko" ilə görüş (3:0) haqqında fikirlərini bölüşüb:

"Bu gecə bizim üçün xüsusi gecə idi. Təkcə qolları nəzərdə tutmuram, əsas komanda ola bilməkdi, işə yanaşmadı. Çempionlar Liqasında məhz belə xarakter gərəklidi. Biz doğru yoldayıq".

Ulduz futbolçu "Yuventus"un Çempionlar Liqasında daha öncə belə bir geri dönüş reallaşdırmadığı haqda ünvanlanan sualı belə cavablandırıb:
 
"Məni buna görə, belə sehrli gecələrdə komandaya yardımçı olmaq üçün "Yuventus"a dəvət ediblər".

Son olaraq, Ronaldu final barədə düşünmək üçün erkən olduğunu sözlərinə əlavə edib:

"Atletiko" çox qəliz rəqibdi, ancaq biz də güclü komandayıq və növbəti mərhələyə adlamağa layiq idik. İndidən final haqqında danışmaq tezdi, gəlin, addım-addım irəliləyək".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR