Ronaldu komanda yoldaşlarından üzr istəməyib

Ronaldu komanda yoldaşlarından üzr istəməyib

Kriştianu Ronaldu "Yuventus"un düşərgəsinə qayıdıb.

Ronaldu "Milan"la oyunun 55-ci dəqiqəsində əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına yollanmış və matç bitməmişdən əvvəl stadionu tərk etmişdi. "Yuventus" futbolçularının ondan üzr tələb etdiyi bildirilirdi.

Buna baxmayaraq, Ronaldu düşərgəyə qayıtdıqdan sonra komanda yoldaşları ilə məsələ barədə danışmayıb. O, dizindəki problemlə əlaqədar olaraq fərdi proqram üzrə məşq edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR