Ronaldu:

Ronaldu: "Messidən fərqli olaraq, mən müxtəlif klubların heyətində ÇL-in qalibi olmuşam"

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu DAZN-a açıqlamasında "Barselona"nın forvardı Lionel Messi ilə arasındakı fərqdən bəhs edib:

"Mən müxtəlif klublarda oynamışam və fərqli-fərqli klubların heyətində Çempionlar Liqasının qalibi olmuşam - Messi ilə aramızdakı fərq budu. Ardıcıl 6 dəfə Çempionlar Liqasının bombardiri olmuşam. ÇL-i 5 dəfə qazanan futbolçuların sayı çox azdı. Odu ki, mən özümü bu turnirlə xarakterizə edə bilərəm.

Messi böyük futbolçudu. O, təkcə qazandığı 5 "Qızıl top"a görə yox, həm də mənim kimi, hər il performansını daha da artırdığına görə yaddaşlarda qalacaq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR