Ronaldu

Ronaldu "Yuventus"u məğlubiyyətdən xilas etdi, Buffon isə qələbə qazandırdı (VİDEO)

Beynəlxalq Çempionlar Kubokunda mübarizə davam edir.

Çinin Nankin şəhərində yerləşən Olimpiya Stadionunda "Yuventus" və "İnter" üz-üzə gəlib. Oyunda hesab 10-cu dəqiqədə açılıb. Matteys De Lixt topu öz qapısından keçirib. Buna baxmayaraq, "Qoca Sinyora" məğlubiyyətdən xilas ola bilib. 68-ci dəqiqədə Kriştianu Ronaldu cərimə zərbəsindən rəqib qapısına yol tapıb. Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə bitdiyindən, penaltilər seriyasına ehtiyac yaranıb. Burada isə 3 penalti qaytaran Canluici Buffon komandasının qəhrəmanına çevrilib. "Yuventus" 11 metrlik zərbələr sonunda qələbə qazanan tərəf olub.


Beynəlxalq Çempionlar Kuboku

"Yuventus" - "İnter" - 1:1

Qollar: Ronaldu (68) - De Lixt (10 - avtoqol)

Penaltilər seriyası - 4:3


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR