Ronaldudan təhqiramiz hərəkət:

Ronaldudan təhqiramiz hərəkət: "Çox balacasan" (VİDEO)

İtaliya A Seriyasının 36-cı turu çərçivəsində "Roma" və "Yuventus" arasında oynanılan matçda (2:0) Kriştianu Ronaldu və Alessandro Florentsi arasında gərginlik yaşanıb.

Oyunun 59-cu dəqiqəsində "Roma"nın forvardı Edin Ceko zədələnsə də, Turin klubunun futbolçuları topu meydandan uzaqlaşdırmayıblar. Ardınca Ronaldu və Florentsi arasında mübahisə yaranıb. Portuqaliyalı futbolçu təhqiramiz jesti ilə italiyalı futbolçunun boyunun balaca olmasına işarə vurub və əlavə edib: "Çox balacasan. Danışmağa haqqın yoxdu".

Baş hakim Davide Massa və hər iki komandanın oyunçularının müdaxiləsindən sonra Ronaldu və Florentsini sakitləşdirmək mümkün olub. Onlara sarı vərəqə göstərilməyib.

Qeyd edək ki, "Roma"nın kapitanı Florentsi 79-cu dəqiqədə komandasının ilk qolunun müəllifi olub.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR