Roxas rəsmən

Roxas rəsmən "Sabah"da

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, klub 29 yaşlı hücumçu Rocer Roxasla 1 illik müqavilə bağlayıb.
 
Honduraslı futbolçu karyerası ərzində ölkəsinin "Olimpiya” (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının "Əl-İttifaq” (2014), Meksikanın "Nekaksa” (2014/15) və "Simarrones” (2016/17) klublarında çıxış edib. Onun son komandası Kosta-Rikanın "Alaxuelense” klubu olub.

Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR