Roy Kin və Maykl Essyen ən yaxşılar arasında

Roy Kin və Maykl Essyen ən yaxşılar arasında

"İndependent” nəşri 1992-ci ildən İngiltərə Premyer Liqasında çıxış edən ən yaxşı futbolçuların siyahısını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, siyahıda "Səbail"in futbolçusu Maykl Esyenin də adı var. "Çelsi"nin sabiq futbolçusu 62-ci sırada yer alıb.

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd, "Mançester Yunayted” klubunun əfsanəvi yarımmüdafiəçisi Roy Kin isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya "Arsenal”ın sabiq hücumçusu Tyerri Anri başçılıq edir. Hazırda "Yuventus”un formasını geyinən "Mançester Yunayted”in keçmiş üzvü Kriştianu Ronaldo 2-ci, onun Mançester klubundakı sabiq komanda yoldaşı, Uels millisinin baş məşqçisi Rayan Giqqz isə 3-cüdür.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR