Rüfətin komandası turnirə məğlubiyyətlə başladı

Rüfətin komandası turnirə məğlubiyyətlə başladı

ABŞ təmsilçisi "Feniks Rizinq” "Visit Tucson Sun Cup” turnirində ilk oyununu keçirib.

Sport7.az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun da formasını geyindiyi komanda "Kolambus Kryu” ilə qarşılaşıb. Rüfətin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1. Dadaşov start heyətdə meydana çıxıb.

"Feniks Rizinq” növbəti oyununu fevralın 19-da "Sportinq Kanzas Siti”yə qarşı keçirəcək. 6 komandanın yarışdığı turnirdə "Feniks Rizinq” ilk turdan sonra sonuncudu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR