Rumıniya klubu Əliyar Ağayevi günahlandırdı

Rumıniya klubu Əliyar Ağayevi günahlandırdı

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində evdə Çexiya "Slovan"ına məğlub olan Rumıniya "Styaua"sı matçın azərbaycanlı baş hakimi Əliyar Ağayevdən narazı qalıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun idman direktoru Mixay Stoyka bildirib. Klub rəsmisi uduzduqları görüş üçün FIFA referisini günahlandırıb. Stoyka Ağayevin qarşılaşmada düzgün qərarlar vermədiyini iddia edib.
 
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Xeyli futbolçusu koronavirusa yoluxduğu üçün meydana zəif heyətlə çıxmış "Styaua” mübarizəni dayandırmalı olub. "Slovan” isə pley-offa yüksəlib. Ağayev qarşılaşmanın 20-ci dəqiqəsində meydan sahiblərinin bir futbolçusunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, "Styaua”dan iki, "Slovan”dan üç futbolçuya da sarı vərəqə göstərib.

Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli yardım edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR