Runi komandasını çalışdıra bilər

Runi komandasını çalışdıra bilər

"Derbi Kaunti”nin hücumçusu Ueyn Runi tezliklə baş məşqçiliyə başlaya bilər.

Sport7.az xəbər verir ki, 35 yaşlı forvardın komandasını çalışdırması variantı yaranıb.

Mövsümə uğursuz nəticələrlə start götürən "Derbi Kaunti” Çempionşipin 7-ci turunda "Nottingem Forest”ə də məğlub olarsa, hazırkı baş məşqçi Filipp Koku istefaya göndəriləcək. Rəhbərlik belə olan təqdirdə bu postu Runiyə tapşırmağı planlaşdırır. Yeganə problem İngiltərə millisinin sabiq forvardının UEFA məşqçi lisenziyasının olmamasıdır.

Runi "Derbi Kaunti”yə bu ilin yanvarında ABŞ-ın "Di Si Yunayted” klubundan keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR