Runi yeni "işinə" başladı

Runi yeni
İçkili halda maşın sürdüyü üçün 2 il avtomobil idarə etməsinə qadağa qoyulan və 100 saat ictimai xidmət göstərməyə məcbur edilən Ueyn Runi yeni "işinə" başlayıb.

Sport7.az xəbər verir ki, 31 yaşlı futbolçu evinə 5 km məsafədəki bir parkda bankları boyamağa başlayıb. İngilis mətbuatının verdiyi bilgiyə görə tez-tez deyinərək gördüyü işin bacarığına uyğun olmadığını deyən və öz-özünə gileylənən futbolçu "Niyə bir neçə uşağa futbol dərsi vermək yerinə bu işlərlə məşğul oluram?" söyləyərək hazırkı durumundan heç də razı qalmadığını hiss etdirib.

Sport7.az

Xəbər lenti