Rus futbolçudan tərbiyəsizlik - Burnunu pulla sildi - VİDEO

Rus futbolçudan tərbiyəsizlik - Burnunu pulla sildi - VİDEO
Moskva klubu "Çertanovo"nun futbolçusu Stanislav Manayevin şəxsi instaqram səhifəsində paylaşdığı video kəskin reaksiyalara səbəb olub.
 
Sport7.az xəbər verir ki, rus futbolçu təyyarə yolçuluğu sırasında təxminən 70 avro dəyərindəki pulla burnunu silib. Bu görüntüləri şəxsi səhifəsində paylaşan Manayev sərt tənqidlərlə üzləşib. Hətta klubunun formasını geyindiyi görünən videoda futbolçu "Bu pulu ehtiyacı olanlara verə bilərdim, amma verməyəcəm, çünki burnum çox axır" sözlərini deyərək burnunu silib.
 
Sosial mediada böyük qəzəbə səbəb olan videonun ardından Rusiya İdman Naziri Pavel Kolobov açıqlama verib.
 
"Heç şübhə yoxdu ki, video bu futbolçunun savadsızlığını göstərir. Əminəm ki, bu ona bir dərs olacaq" sözlərini söyləyib. Rusiyada keçiriləcək Dünya Çempionatının Təşkilat Komitəsinin lideri Aleksey Sorokin də sözünü deyib Manayevin sağlam bir silləni haqq etdiyini söyləyən Sorokin, Rusiya yığmasında bənzər hərəkətlərin olmadığını vurğulayıb.
 
Tənqidlərin ardından Manayev videonu səhifəsindən silmək məcburiyyətində qalıb.
 

Xəbər lenti