Rus idmançını öldürən azərbaycanlı ömürlük həbs oluna bilər

Rus idmançını öldürən azərbaycanlı ömürlük həbs oluna bilər
Rusiyalı idmançı Andrey Draçovun ölümündə təqsirləndirilən azərbaycanlı Anar Allahverənov barəsində başlanmış cinayəti işi üzrə ittihamlar təsdiqini tapıb.

Sport7.az xəbər verir ki, bu barədə Rusiyanın Xabarovsk Vilayət Prokurorluğu məlumat yayıb.
 
Məlumatda bildirilir ki, iş baxılması üçün Xabarovsk Vilayət Məhkəməsinə göndərilib. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. 
 
Sport7.az

Xəbər lenti