Rusiya açıqladı: 25 milyon kiberhücum

Rusiya açıqladı: 25 milyon kiberhücum
DÇ-2018-də müxtəlif sahələrdə təhlükəsizliklə bağlı Rusiya prezidenti Vladimir Putin diqqətçəkən açıqlama verib.
 
Sport7.az xəbər verir ki, iki milyondan çox insanın və təxminən 200 binanın çempionata hazırlıq əsnasında yoxlanıldığını söyləyən prezident, 194 yerdə 400-dən çox radiasiya, kimyəvi, bioloji və partalayıcılarla bağlı nəzarət aparıldığını söyləyib.
 
Bundan başqa Putin çempionat boyunca ölkəsindəki məlumat bazasına kiberhücumlar edildiyini də dilə gətirib. Dövlət başqanı "Dünya çempionatı boyunca, yarışla əlaqədar, Rusiyanın məlumat bazasına təxminən 25 milyon kiberhücum və digər cinayət cəhdləri zərərsizləşdirilib" sözlərini söyləyib.
 
Sport7.az

Xəbər lenti