Rusiya ardıcıl ikinci dəfə Millətlər Liqasını qazandı

Rusiya ardıcıl ikinci dəfə Millətlər Liqasını qazandı

Kişi voleybolçuların Millətlər Liqasına yekun vurulub.

Final görüşündə Rusiya və ABŞ üz-üzə gəlib. 3:1 hesabı ilə qələbə qazanan şimal qonşularımız ardıcıl ikinci dəfə Millətlər Liqasının qalibi olub.

Teylor Sander 20 xalla qarşılaşmanın ən məhsuldarı olub. Rusiyanın heyətində 17 xalla oynayan Dmitri Volkov komandasının qələbəsində əsas pay sahibi olub.

Üçüncü yer uğrunda oynanılan görüşdə isə Polşa Braziliyaya set verməyib.


Millətlər Liqası

Kişilər

Final

Rusiya - ABŞ - 3:1 (25:23, 20:25, 25:21, 25:20)


Üçüncü yer uğrunda görüş

Polşa - Braziliya - 3:0 (25:17, 25:23, 25:21)


Qeyd edək ki, ABŞ millisinin üzvü Mettyu Anderson Liqanın final etapının "ən dəyərli oyunçu"su seçilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR