Rusiya futbolunda yeni qalmaqal - Luçesku Mutkoya qarşı

Rusiya futbolunda yeni qalmaqal - Luçesku Mutkoya qarşı
Rusiya futbolunda iki tanınmış şəxs arasında narazılıq yaranıb.

Sport7.az xəbər verir ki, "Zenit"in baş məşqçisi Mirça Luçeskunun Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko barədə dedikləri qalmaqalın əsasını qoyub.

Rumıniyalı çalışdırıcı "Krasnodar"la oyundan sonrakı mətbuat konfransında "Mənə elə gəlir ki, Mutko "Zenit"in əleyhdadırıdı. O bizim komandanı sevmir, yerli mətbuatda bizə həddindən artıq təzyiq edir" sözlərini dilə gətirib.

Rusiya Futbol İttifaqının vitse-prezidenti Sergey Anyuxin Luçeskunun cavabını gecikdirməyib: "Mən düşünürəm ki, Mirça kimi təcrübəli çalışdırıcı belə açıqlamalara yol verməməlidi. Bu ciddi səhvdir. Başqalarını günahlandırmaqdansa, öz komandasındakı problemləri həll etsə yaxşıdı".

Sport7.az

Xəbər lenti