Qadın futbolçulardan ibarət Rusiya Super Liqasında iştirak edən "Yenisey” komandası Azərbaycan millisinin üzvləri Diana Məmmədova və Alina Dorofoyeva ilə müqavilənin müddətini uzadıb.
Sport7.az xəbər verir ki, onların sözləşmələri müvafiq olaraq 1 və 2 il müddətinə yenilənib.
Daha əvvəl "Zenit” yığmanın digər üzvü Jalə Məhsimova ilə birillik yeni müqavilə imzalamışdı.

Sport7.az