Rusiya klubunun futbolçusnda koronavirus aşkarlanıb

Rusiya klubunun futbolçusnda koronavirus aşkarlanıb

"Zenit"in futbolçusu koronavirusa yoluxub. 

Sport7.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak "Rusiya-24” telekanalına açıqlamasında məlumat verib. 44 yaşlı mütəxəssis iki oyunçunun durumunun şübhəli olduğu və onlardan birinin testinin müsbət nəticələndiyini bildirib.

Semak futbolçunun adını açıqlamayıb və iki oyunçunun karantində olduğunu söyləyib. 

Rusiya Premyer Liqasında yeni mövsüm başlayıb. "Zenit" avqustun 11-də səfərdə "Rotor"la üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR