Rusiya millisinin sabiq üzvü hakimi yerə sərdi

Rusiya millisinin sabiq üzvü hakimi yerə sərdi

Rusiya millisinin sabiq kapitanı Roman Şirokov xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb.

Sport7.az xəbər verir ki, veteran futbolçu həvəskar komandaların oyunu zamanı baş hakim Nikita Dançenkova hücum çəkib və onu vurub. Bu haqda "Sport-Express" nəşri məlumat yayıb.

Referi veteran yarımmüdafiəçinin zərbəsindən yerə yıxılıb və ona tibbi yardım göstərilib. Hadisəni şərh edən hakim ciddi xəsarət almadığını söyləyib: "İndi danışmaq istəmirəm. Səhhətimlə bağlı hər şey yaxşıdır. Yaşayacağam".

Karyerası ərzində 56 dəfə Rusiya millisinin formasını geyinmiş Roman Şirokov ölkəsinin MOİK, "Rubin", "Krasnodar" və "Spartak" (Moskva) kimi klublarında çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR