Rusiya Olimpiya Oyunları və dünya çempionatlarından 4 il müddətinə uzaqlaşdırıldı

Rusiya Olimpiya Oyunları və dünya çempionatlarından 4 il müddətinə uzaqlaşdırıldı

Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il müddətinə Olimpiya Oyunları və dünya çempionatları da daxil olmaqla, bütün böyük turnirlərdən kənarlaşdırıb.

Bu gün İsveçrənin Lozanna şəhərində WADA-nın İcraiyyə Komitəsinin RUSADA-nın statusu ilə bağlı iclası keçirilib. Daha əvvəl qurumun Uyğunluq Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə uzaqlaşdırılması və ölkənin böyük idman turnirlərinə ev sahibliyi etmək hüququnun əlindən alınmasını təklif etmişdi. Sözügedən təkliflər yekdilliklə qəbul olunub.

Qeyd edək ki, Moskva antidopinq laboratoriyasının 2012-2015-ci illər aralığında aparılmış tədqiqatların nəticələrini özündə ehtiva edən bazasında araşdırma aparılıb. Müstəqil ekspertlər qrupu Rusiya idmançılarına məxsus müsbət dopinq testlərinin nəticələrinin gizlədilməsi məqsədilə məlumatlarda dəyişiklik edildiyini müəyyənləşdirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR