Rusiya topu Qətərə ötürdü

Rusiya topu Qətərə ötürdü
2018-ci il Dünya çempionatına ev sahibliyi edən Rusiya ilə növbəti çempionatı təşkil edəcək Qətər arasında təhvil-təslim mərasimi keçirilib.  
 
Sport7.az xəbər verir ki, Kremldən gələn açıqlamaya görə Rusiyanın dövlət başçısı Vladimir Putin, Qətər əmiri Şeyx Temim bin Hamed Al Sani və FİFA prezidenti Canni İnfantinonun da iştirakı ilə Kreml Sarayında DÇ-2022-yə ev sahibliyi edəcək Qətər üçün təhvil-təslim mərasimi baş tutub.
 
Putin, Al Saniyə simvolik olaraq 2018-ci ildə istifadə olunan ağ və qırmızı rənglərdən ibarət bir futbol topu verib.
 
Rusiya prezidenti açıqlamasında DÇ-2018-in keçirilməsi ilə bağlı qürur duyduğunu bildirərək, "Dünya çempionatı yekunlaşır. Bu gözəl idmanın heyranları üçün etdiklərimizdən qürur duyuram" söyləyib.
 
O DÇ-2018-ə dünyanın hər yerindən gələn insanları qəbul etdikləri üçün qürur duyduğunu da bildirib.
 
Sport7.az

Xəbər lenti