Rusiyada daha iki qələbə

Rusiyada daha iki qələbə

Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku” davam edir.

Sport7.az xəbər verir ki, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirin ikinci günündə Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb.

Təmsilçilərimizdən 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı meksikalı Ektor Martineslə üz-üzə gəlib. Olimpiya mükafatçımız gərgin keçən döyüşdə 3:2 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə qələbə qazanıb və 1/4 finalda iştirak hüququ qazanıb.

91 kq çəkidə gücünü yoxlayan Rahil Məmmədli də 1/8 final döyüşünü qələbə ilə bitirib. O, moldovalı Andrey Zaplitnini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Digər 3 boksçumuz ev sahibləri ilə döyüşüb. Rüfət Hüseynov (49 kq) Amintaza Bekişevə, Tayfur Əliyev (56 kq) Maksim Çernişova, Elnur Süleymanov (64 kq) isə Maqomed Murtazaliyevə uduzaraq, yarışla vidalaşıb.

Yarışın üçüncü günündə 4 təmsilçimiz qüvvəsini sınayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR