Ruslan Abışov: "Bu cəhətdən problemimiz yoxdur" - VİDEO

Ruslan Abışov:
"Neftçi” PFK Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
 
Sport7.az xəbər verir ki, omanda oyunöncəsi hazırlığını İsmət Qayıbov adına təlim-məşq bazasında keçirir. Paytaxt klubunun kapitanı Ruslan Abışov Neftçi TV-yə açıqlamasında "Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib:

"Hazırlıq yaxşı keçir, futbolçular həvəslə məşq edirlər. Bilirik, çətin səfər matçı olacaq. "Qəbələ” çempionluğa oynayan komandadır, buna görə də bizi çətin bir görüş gözləyir. "Zirə” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb bu qarşılaşmada qələbə qazanmalıyıq. Futbolda məğlubiyyətlər, heç-heçələr olur, amma önəmlisi budur ki, belə vəziyyətlərdə komanda şəklində bir olaq, toparlanıb qarşıdakı oyunlara yaxşı hazırlaşaq. Çox şükür ki, bu cəhətdən problemimiz yoxdur. Hər şey qaydasındadır, futbolçuların vəziyyəti yaxşıdır. İnanıram ki, martın 4-də komanda olaraq öz sözümüzü deyəcəyik”.

Martın 4-də Qəbələ şəhər stadionunda baş tutacaq "Qəbələ” – "Neftçi” matçının start fiti saat 15:30-da səsləndiriləcək.
 
 
Sport7.az

Xəbər lenti