Ruslan Qurbanov: "Arsenal"?

Ruslan Qurbanov:
Xəbər verdiyimiz kimi, "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Rusiyanın "Arsenal" klubunun diqqət mərkəzinə düşüb. 

Sport7.az xəbər verir ki, məsələ ilə bağlı gənc hücumçu "azerisport.com" açıqlama verib. 

"Arsenal"? Mən bununla bağlı heçnə deyə bilmərəm. Hazırda mən ancaq Azərbaycan çempionatı və kuboku barədə düşünürəm. İndiki mərhələdə o haqda danışmaq istəmirəm. Yayda isə mövqeyim bilinəcək. Səviyyəsi daha yüksək olan çempionatı seçəcəm. Belçika klubu variantım da var. Lakin mövsümün bitməsini gözləyirəm. Bunlar haqda yayda danışacam", deyə Ruslan gələcəyi barədə danışıb. 
 
Sport7.az

Xəbər lenti