Rüstəm Orucov:

Rüstəm Orucov: "Ümid edirəm ki, onunla böyük finallarda qarşılaşacağıq"

"Finalda uduzmağıma rəğmən, evə medalla dönəcəyim üçün xoşbəxtəm”.

Sport7.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının finalında yerli idmançı Şohey Onoya məğlubiyyəti Beynəlxalq Cüdo Federasiyasına şərh edərkən deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı bu rəqibə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında da uduzduğunu xatırladıb: "Bu gün çox yoruldum, ancaq növbəti yarışlara hazırlaşacağam. Ono ilə qarşılaşmam 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakının təkrarı idi. Mən hazır idim, ancaq o, güclü idmançıdır. Bir neçə dəfə görüşsək də, Onoya qalib gələ bilməmişəm. Gələcəkdə bunu dəyişəcəyimə ümid edirəm. Biz onunla kiçik yaşlarımızdan güləşirik. Bu rəqabətin məni şux saxlamasına görə xoşbəxtəm. Ümid edirəm ki, onunla böyük finallarda qarşılaşmağı davam etdirəcəyik”.

Eyni çəkidə bürünc medal qazanan yığmanın digər üzvü Hidayət Heydərov isə bütün mükafatçıları təbrik edib. "İlk dəfədir Tokiodayam və möhtəşəm Nippon Budokan arenasında bürünc medal əldə etdiyim üçün şadam” deyə o vurğulayıb.

Rüstəm Orucov yarımfianlda Hidayət Heydərovu məğlub edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR