Rüstəm Orucov Avropa Oyunlarında gümüş medal qazanıb  (YENİLƏNİB)

Rüstəm Orucov Avropa Oyunlarında gümüş medal qazanıb (YENİLƏNİB)

Azərbaycan cüdoçusu Rüstəm Orucov "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb. 

73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda isveçli Tomas Masiasa məğlub olub.

Hər iki cüdoçu ehtiyatlı başlayıb. Buna görə hakim onlara xəbərdarlıq edib. Sonradan Orucov vaza-ari xalı ilə önə keçib. Az sonra Masias əvvəlcə vaza-ari ilə bərabərliyə, sonra ipponla qələbəyə nail olub. Bu, Azərbaycanın "Minsk 2019"da 6-cı medalı olub.

16.26 

 
II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov 1/2 final görüşünə çıxıb.

O, bu mərhələdə yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.

15.19

 
II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov ¼ final görüşünə çıxıb.

O, bu mərhələdə Ermənistan təmsilçisi Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Rüstəmin növbəti rəqibi yunanıstanlı Georgios Azoidis olub.

Daha sonra Hidayət Heydərov 1/4 final görşünə çıxıb. 22 yaşlı cüdoçu yunan rəqibi Georgios Azoidisə 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.

13:58

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci gününə mübarizəyə qoşulan Hidayət Heydərov 1/4 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizəyə qoşulan Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb.

Onun növbəti rəqibi israilli Din Yaakov Gemer olub. Bu dəfə 3 dəqiqə 31 saniyəyə ipponla qalib gələn Heydərov 1/4 finala yüksəlib.22 yaşlı cüdoçunun rəqibi yunanıstanlı Georgios Azoidis olacaq.

13:42

"Minsk 2019" II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb.

28 yaşlı idmançı 1/16 finalda monakolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Bu qarşılaşmada da Orucov 3 dəqiqə 27 saniyəyə qalib gələrək, adını 1/4 finala yazdırıb. Bu mərhələdə onun rəqibi erməni idmançı Ferdinand Karapetyan olacaq.

Əvəzində qadınların yarışında Nuriyyə Axundova (63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə isə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR