Rüştü Rəçbərin də koronavirus testi müsbət çıxıb

Rüştü Rəçbərin də koronavirus testi müsbət çıxıb

Türkiyənin futbol üzrə yığmasının və "Fənərbağça” klubunun keçmiş qapıçısı Rüştü Rəçbər koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu barədə sabiq futbolçunun xanımı İşıl Rəçbər şəxsi "İnstagram” səhifəsində bildirib. O, 46 yaşlı veteran qolkiperin koronavirus testinin nəticələrinin müsbət çıxdığını deyib: "Sizlərə daha gözəl xəbərlər vermək istərdim, fəqət üzülərək həyat yoldaşım Rüştünü COVID-19 diaqnozu ilə xəstəxanaya yatırırıq".

O, daha əvvəl hər şeyin qaydasında olduğunu, lakin ailənin virusun gizli əlamətləri ilə şoka düşdüyünü söyləyib. Qadının sözlərinə görə özünün, oğlunun və qızının koronavirus testləri mənfi, həyat yoldaşının analizləri isə müsbət çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR