Rüşvət qalmaqalında adı hallanan prezident istefa verdi

Rüşvət qalmaqalında adı hallanan prezident istefa verdi
Adı rüşvət qalmaqalında hallanan Braziliya Olimpiya Komitəsinin (BOK) prezidenti Karlos Nuzman vəzifəsindən istefa verib.

Sport7.az xəbər verir ki, Rio-2016 Olimpiya Oyunları zamanı rüşvət verməsi iddiası ilə ötən həftə həbs olunan prezidentin istefa verdiyi haqda komitə tərəfindən məlumat yayılıb. 

Həbsxanadan komitə üzvlərin məktub yazaraq qərarını açıqlayan 75 yaşlı Nuzmanın günahı sübuta yetirilməsə belə yenidən prezidentliyə namizəd olmağı düşünmədiyi bildirilib. 

BOK-da 22 ildi prezident olan Nuzmanın yerinə vitse-prezident Paulo Vanderleyin gətirildiyi açıqlanıb. 

Rio de Janeyronun 2016-cı il yay olimpiya oyunları üçün seçilməsi zamanı ortaya atılan "Haqsız Oyun" iddiasından sonra Nuzmanın evində və ofisində araşdırma aparılmış, pasportu müsadirə edilmişdi. Araşdırma zamanı yeni dəllilərin ortaya çıxması səbəbi ilə Nuzman və komitənin idarə heyətinin üzvlərindən Leonardo Qriner ötən həftə həbs olunub.

Sport7.az

Xəbər lenti