Rzazadə "5-liy"ə düşə bilmədi

Rzazadə
22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
 
Sport7.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də çıxış edirlər.

Onlardan daha biri – Lalə Rzazadə yaşı 17-yə qədər olan qızların 58 kq çəki dərəcəsindəki mübarizəsinə qoşulub.

Lalə birdən qaldırma hərəkətində 69 kq nəticə ilə, təkanla qaldırma hərəkətində isə 81 kq nəticə ilə 6-cı yeri tutub. Toplam 150 kq (69+81) nəticə ilə Rzazadə yekun sıralamada da 6-cı pillədə qərarlaşıb.
 
Sport7.az

Xəbər lenti