Sport7.az xəbər verir ki, qərarda koronavirus (COVID-19)
pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın
təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə
alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13,
U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar
liqalarında, "Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm
başa çatdığı qeyd olunur.
Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər
istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan
komandalar qalib elan edilib.
Bu qərara əsasən, "Sabah” U-17 Liqasının qalibi
olub.
Xatırladaq ki, "Sabah”ın U-17 komandası çempionatın
18 turundan sonra ən yaxın izləyicisini 7 xal qabaqlayaraq, 43 xalla birinci
pillədə qərarlaşmışdı.