"Sabah" Bakıya qayıtdı

"Təlim-məşq toplanışı yaxşı keçdi. Komanda dünən Qəbələdən Bakıya qayıtdı".
 
Bu sözləri Sport7.az-a "Sabah" klubunun mətbuta katibi Elnur Həmidov deyib.
 
Klub rəsmisi bildirib ki, futbolçulara iki günlük istirahət verilib.
 
Məlum olduğu kimi, 31 avqusta kimi davam edəcək karantinə görə çempionatın başlaması yubanacaq. Həmidov klubun bu aya olan planlarına qarşıdakı günlərdə aydınlıq gələcəyini qeyd edib. 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR