"Sabah" çempion oldu - FOTOLAR

Anatoli Banişevskinin anadan olmasının 73-cü il dönümünə həsr olunmuş turnirin final görüşü olub. Finalda "Sabah" futbol klubunun 12 yaş qurupunda yarışan futbilçuları bütün rəqiblərini udaraq finalda "Səbayil" futbol klubunun 12 yaşlı futbolçuları ilə görüşüb. Gərgin keçə oyun "Sabah"ın 12 yaşlı futbolçuların qələbəsi ilə yekunlaşıb. 
 
Sport7.az xəbər verir ki, əzimkar oyun nümayiş etdirən balaca qəhramanlar öz sevinclərini, çox sevdikləri müəllimləri Samir Abdurahmanovla bölüşüblər. Sevinclərini bölüşmək üçün kamera qarşısına keçən balaca cempionlar ardıcıl uğurlara görə, Samir müəllimə minnətdar olduqlarını deyiblər. Samir Abdurahmanov da öz növbəsində yetirmələrinə daha çox qələbə və cempionluq arzu edib. 

Bildirək ki, bu Samir Abdurahmanovun tələbələrinin növbəti cempionluğudur. 

Onuda qeyd edək ki, Anatoli Banişevskinin anadan olmasının 73-cü il dönümünə həsr olunmuş turnirin final görüşündə AFFA-nın tanınmış simaları iştirak etdi. Tanınmış futbolçu Banişevskinin futbol yoldaşları və dostları da onu xatırlayaraq xatirəsin bir daha əziz tutdular. 

Bir daha bildirək ki, Anatoli Banişevskinin xatirəsini yad edən turnirdə 1,2,3-cü yerlər uğrunda 12 yaşlı futbollçular yaşıl meydanda mübarizə apardılar." Sabah" - "Sabayil"dan, "Nefçi" - Xəzər Bzovnadan güclü oldu.
 













Sport7.az

Xəbər lenti